Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi
20 avqust 2019 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 21.08.2019-cu il tarixdə Balaxanı qəsəbəsində yerləşən 259 nömrəli tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəsi, Balaxanı bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.