Şriftin ölçüsü :

Saytın rəngi :

NOVRUZ GƏLİR, YAZ GƏLİR ...

13 mart 2014 | 20:00

Əsrlərin sınağından çıxmış, xalqımızın milli-mənəvi dəyərləri və adət-ənənələrini özündə yaşadan Novruz bayramı hər il respublikamızın bütün rayonlarında  olduğu kimi  Sabunçu rayonunda da təntənəli şəkildə qeyd edilir.Əlamətdar bayramın rayonda təntənəli keçirilməsinə dair və Bakı Şəhər İcra Hakimiyyətinin 83 saylı 28.02.2014-cü il tarixli “Bakı şəhərində “İlaxır çərşənbə” və Novruz bayramı münasibətilə şənliklərin keçirilməsi haqqında” sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq bayram ərəfəsində rayonda geniş abadlıq quruculuq işləri, o cümlədən qəsəbələrdə, istirahət parkları, həyət və küçələrdə təmizlik işləri, hər yerdə göz oxşayan bayram tərtibatı aparılmışdır.
Novruz bayramına həsr olunmuş silsilə tədbirlər çərçivəsində 13 mart 2014-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Ramana qəsəbəsində yerləşən 41 saylı Uşaq Ruhi-əsəb Sanatoriyasında bayram şənliyi keçirilmişdir.
Tədbirdə uşaqların ifasında  gözəl şeir kompozisiyaları, səhnəciklər  və yazın gəlişindən xəbər verən mahnılar təqdim olundu. Şənliyin sonunda sanatoriyada müalicə alan  uşaqlara  bayram xonçası və hədiyyələr  paylanıldı. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasının əməkdaşları iştirak edərək  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin təbrik və arzularını uşaqların nəzərinə çatdırdılar.

Keçidlər