Şriftin ölçüsü :

Saytın rəngi :

“Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.

01 sentyabr 2019 | 20:00
  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 02.09.2019-cu il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində  “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilmişdir.
  Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyəvuş Heydərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Aftandil Hüseyn-zadə, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndələrin müavinləri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən dini icmanın sədrləri, üzvləri, bir sıra  məscidin  imamlar, din xadimləri, rayon ziyallıları və gəncləri iştirak edirdi.
  Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyəvuş Heydərov dövlət-din münasibətləri, məhərrəmlik ayının başlanması ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən məscidlər və dini icmalarda dini mərasimlərin təşkili istiqamətində zəruri tədbirlərin görülməsi, islam və dünyəvi biliklər və digər məsələlər barədə ətraflı danışdı.
  Tədbirdə çıxış edən Milli Məclisin deputatı Fazil Mustafa, Sabunçu rayonu “İmam Rza” məscidinin imamı Əmirxan Tahirov, “Rəhimə Xanım ziyarətgahı” məscidinin imamı, Rayon qazisi Musa Qadımov və digərləri islam tarixi, islamın mahiyyəti, ənənəvi dini mərasimlər, dinin müasir tələblərlə uzlaşması, islam ənənələrindəki xurafatların cəmiyyətə ziyanı və dünyada elmi tərəqqinin inkişafından söz açdılar.
 
Keçidlər