“ Ən Könüllü ” layihəsinin iştirakçıları ilə yekun iclas keçirildi
01 sentyabr 2019 | 20:00
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu Rayon İcra Hakimiyyətində könüllü əsaslarla fəaliyyət göstərmək arzusunda olan 18-28 yaşarası gənclər arasında başlanmış “Ən Könüllü” layihəsi uğurla davam edir.
Layihə çərçivəsində 02.09.2019-cu il tarixdə Bakı Gənclər Mərkəzində “Ən Könüllü” layihəsinin iştirakçıları ilə yekun iclas keçirilmişdir. İclasda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Abbasov və Sabunçu Gənclər Evinin məsul əməkdaşı Aydan Ağayeva iştirak edirdilər.
İclasda çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova ölkədə geniş vüsət alan könüllülük hərəkatının məqsədi və əhəmiyyəti barədə söz açaraq ölkə rəhbəri cənab İlham Əliyevin gənclərin könüllülük hərəkatında iştirakına xüsusi diqqət və qayğı göstərdini qeyd etmişdir.
Sabunçu Rayon İcra Hakimiyyətində iki ay boyunca fəaliyyət göstərən könüllülərinfəaliyyəti barədə söz açan R.Fərəcova könüllü kimi müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi hazırlanmış xasiyyətnamələritəqdim etmişdir. Bununla yanaşı, könüllülər Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilən “Şəxsi inkişaf”, “Dövlət qulluğu”, “Natiqlik, bədən dili bacarıqları” və “Sosial könüllülük” adlı təlimlərdə uğurlu iştiraklarına görə Sabunçu Gənclər Evi tərəfindən diplomlarla təltif edilmişlər.
“Ən könüllü” layihəsinə qoşulmaq istəyən digər gənclər isə 20.08.2019-cu il tarixədək məlumatlarını təyin olunmuş elektron ünvana göndərərək müsahibədə iştirak hüququ qazanmış və müsahibə mərhələsində müvafiq tələblərə cavab verən gənclər seçilərək 02.09.2019-cu il tarixdən etibarən 2 ay müddətində Sabunçu Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə cəlb olunmuşlar.