Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayonunda 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar iclas keçirildi

04 sentyabr 2019 | 20:00
   05.09.2019-cu il tarixdə Bakıxanov qəsəbəsində yerləşən Gənclər evinin akt zalında 2019-2020-ci  illərin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar iclas keçirildi.
   İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov, Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehrəliyev, “Bakı Şəhər Əsaslı Təmir Tikinti” MMC-nin direktoru Abid Əliyev,  Sabunçu rayonunun təsərrüfat xidmətlərinin rəisləri, təhsil, səhiyyə və bir sıra digər müəssisələrin rəhbərləri iştirak edirdilər.
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar rayonda görülmüş işlər, mövcud problemlər və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verərək qeyd etmişdir ki, 30 avqust 2019-cu il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun sədrliyi ilə payız-qış mövsümünə həsr olunmuş yığıncaq keçirilmişdir. Rayon icra hakimiyyəti başçılarının, aidiyyəti struktur rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə payız-qış mövsümündə xüsusi halların baş verdiyi zaman hər bir təşkilatın konkret fəaliyyətini müəyyən edən xüsusi proqram təsdiq edilməsi bildirilmişdir.
   Eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyətində payız-qış mövsümünə hazırlıqla əlaqədar xüsusi Qərargah yaradılması və Tədbirlər Planının təsdiq olunmasını qeyd etmişdir.
   Yolların qardan vaxtında təmizlənməsi məqsədi ilə istifadə olunacaq texnikaların texniki vəziyyətinin yoxlanıldığını və cavabdeh təşkilatlar arasında xüsusi iş qrafiki  və növbətçilik    cədvəlinin təsdiq olunduğunu vurğulayan A.Vəliyev qarşıda duran vəzifələrin icrası ilə əlaqədar müvafiq müəssisə rəhbərlərinə tövsiyələrverdi.
   Tədbirdə çıxış edən Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Təsərrüfat şöbəsinin müdiri Ayaz Hüseynov,  Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehrəliyev və “Bakı Şəhər Əsaslı Təmir Tikinti” MMC-nin direktoru Abid Əliyev şəhər təsərrüfatının payız-qış mövsümündə normal fəaliyyətinin təmin edilməsi üçün lazımi işlərin həyata keçirilməsinin, görüləcək işlərə nəzarətin gücləndirilməsinin zəruriliyini qeyd edərək,  bütün təsərrüfat xidmətlərində qışa hazırlığa dair təxirəsalınmaz tədbirlərin BŞİH-də bu istiqamətdə fəaliyyət göstərən Qərargahla əlaqəli şəkildə, təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq görülməsinin vacibliyi barədə tövsiyyə və tapşırıqları diqqətə çatdırılıb. Əlavə olaraq  Sabunçu rayonunda 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti və görüləcək işlər barədə ətraflı məlumat verdilər.
 
Keçidlər