Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
12 sentyabr 2019 | 20:00
Sentyabrın 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Birinci vitse-prezident əvvəlcə sıralarında məktəbin məzunlarının da olduğu şəhid Kürdəxanı sakinlərinin xatirəsinə ucaldılan abidəyə baxdı.
Qeyd edək ki, 1971-ci ildən fəaliyyətə başlayan bu məktəbin binasında cari təmir işləri 2006-cı ildə aparılıb. İki il sonra - 2008-ci ildə şagird sıxlığı nəzərə alınaraq 300 yerlik əlavə korpus tikilib.
Bu ilin mayında Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə təhsil ocağı yenidən qurulub.
Əvvəllər fənn kabinetləri yararsız vəziyyətdə idi, bu isə tədris prosesinin keyfiyyətinə maneçilik törədirdi. Ancaq yeni tədris ilində bu problem aradan qaldırıldı.
Təhsil ocağının sinif otaqları, fənn kabinetləri, informatika-linqafon otağı, kitabxana, akt və idman zalları ilə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verildi ki, hər iki korpusda 47 sinif otağı, 2 informatika və 1 linqafon otağı, kimya, biologiya, fizika fənn kabinetləri, akt, idman və musiqi zalları istifadəyə verilib.
Təmirdən əvvəl məktəb 1150 şagird yerlik olub. Hazırda əlavə sinif otaqlarının artırılması hesabına burada 1200 şagirdin təhsil alması üçün şərait yaradılıb. Təhsil ocağının həyətində yaşıllıq sahəsi salınıb, abadlıq-quruculuq işləri aparılıb. Məktəbin həyətində müasir tələblərə cavab verən qaçış və futbol meydançası da yaradılıb.
Bu gün Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində quruculuq-abadlıq işləri sürətlə gedir. 12 min 200 nəfər əhalinin yaşadığı qəsəbədə qazlaşma uğurla davam edir, yol infrastrukturunun inkişafı ilə bağlı işlər görülür, küçələrin bərpası həyata keçirilir, yeni işıqlandırma sistemi quraşdırılır.