Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçuda BAYRAM tədbirləri davam edir

14 mart 2014 | 20:00

Novruz bayramı münasibətilə Sabunçu rayonunda silsilə bayram tədbirləri davam edir. Növbəti belə bir tədbir 14 mart 2014-cü il tarixdə Zabrat qəsəbəsində yerləşən 22 saylı Psixonevroloji Uşaq Sanatoriyası və 37 saylı Kardiorevmatoloji Uşaq Sanatoriyasında keçirilmişdir. Belə ki, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Uşaq Sanatoriyalarında müalicə alan uşaqlar üçün bayram süfrəsi açıldı və şənlik təşkil edildi. Şənlikdə müxtəlif əyləncəli oyunlar və rəqslər uşaqların bayram ovqatını daha da artırdı.
   Bundan əlavə, Rayon İcra Hakimiyyəti başçısının Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən 50-ə yaxın aztəminatlı ailələrə və qəyyumluqda olan uşaqlar  üçün Novruz bayramı şənliklərinə biletlər hədiyyə edildi.

Keçidlər