Sabunçu rayonunun Pirşağı qəsəbəsində “Ümumdünya Təmizlik Günü” münasibətilə ekoloji aksiya keçirilmişdir
20 sentyabr 2019 | 20:00
21.09.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və “Azərbaycan Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Pirşağı qəsəbəsi ərazisində yerləşən çimərlikdə “Ümumdünya Təmizlik Günü” münasibətilə “Gəlin çimərliklərimizi təmiz saxlayaq” devizi altında 250-ə yaxın könüllünün iştirakı ilə ekoloji aksiya keçirilmişdir.
Aksiyada Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, “Azərbaycan Könüllülər” İctimai Birliyinin sədri İmaməddin Quliyev, Sabunçu Rayon İcra Hakimiyyəti və digər təşkilatların könüllüləri iştirak edirdilər.
Qeyd edək ki, aksiyanın məqsədi ekoloji problemlərin həlli və əhalinin bu istiqamətdə maariflənməsinə ictimai dəstək verməkdir.
Qeyd edək ki, aksiyanın məqsədi ekoloji problemlərin həlli və əhalinin bu istiqamətdə maariflənməsinə ictimai dəstək verməkdir.