Sabunçu rayonunda “1 oktyabr-Beynəlxalq Ahıllar Günü” qeyd edildi
26 sentyabr 2019 | 20:00
27.09.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayonun Bilgəh qəsəbəsində yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində “1 oktyabr-Beynəlxalq Ahıllar Günü” ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, millət vəkili Dilarə Cəbrayılova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və İdarənin əməkdaşları iştirak edirdilər.
Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev tədbiri açıq elan edərək “1 oktyabr-Beynəlxalq Ahıllar Günü”nün beynəlxalq səviyyədə qeyd edilməsinin ahıllara diqqət və qayğının artırılması məqsədi daşıdığını bildirdi.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edilərək hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunmasına baxmayaraq, cəmiyyətimizdə yaşlı insanlara diqqət və qayğının ən qədim dövrlərdən etibarən mövcudluğunu qeyd etdi.
Millət vəkili Dilarə Cəbrayılova çıxış edərək bildirdi ki, Azərbaycanda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb və 22 iyun 2001-ci il tarixdə "Ahıllara sosial xidmət haqqında" Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxışında qeyd etdi ki, böyüklərə hörmət və qayğı hər bir insanın mənəvi borcudur. Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində məhz böyüklərə hörmət və qayğı hissinin formalaşdırılması vacib məsələlərdəndir. Bu, cəmiyyəti yaşadan ən əsas prinsiplərdən biridir.
Müəssisənin sakinləri də çıxış edərək ölkə rəhbərliyinin onlara göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər. Çıxışlardan sonra ahıllar arasında keçirilən nərd və kulinariya yarışlarının qalibləri Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif edildilər.