Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatı kimsəsiz ahılları Novruz bayramı münasibətilə təbrik etdilər

15 mart 2014 | 20:00

Silsilə tədbirlər çərçivəsində Sabunçu rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatı tərəfindən 15 mart  2014-cü il tarixdə Novruz bayramı ilə əlaqədar  rayonun Bilgəh qəsəbəsində yerləşən  Müharibə və Əmək Əllilər üçün Pansionatında kimsəsiz qocalara bayram tədbiri təşkil olunmuşdur. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının  müavinləri Qəzənfər Həsənov, Arzu Məmmədova, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva və rayonun fəal gəncləri iştirak etdilər.
Tədbidə çıxış edən RİH başçısının müavini Qəzənfər Həsənov dövlətimizin, ölkə başçısı cənab İlham Əliyevin ahıllara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Respublikamızda həyəta keçirilən işlərdən danışmışdır. Bunun bariz nümunəsi olaraq  01 oktyabr 2013-cü il tarixində Beynəlxalq Ahıllar Günündə cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva müharibə və əmək əlilləri üçün pansionatda tikilmiş yeni korpusun açılışında iştirak etmiş, burada aparılan yenidənqurma işləri ilə tanış olmuşlar. Qeyd olundu ki, Prezident İlham Əliyevin ahıl insanlara, aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, ölkədə pensiya islahatları uğurla davam edir. Pensiya təminatına dair yeni qanunvericilik bazası işlənib hazırlanmışdır. Hazırda sığorta-pensiya sistemi beynəlxalq təcrübə nəzərə alınmaqla işlənib hazırlanmış üç qanunla – “Sosial sığorta haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “Əmək pensiyaları haqqında” qanunlarla tənzimlənir.
Tədbir bayram süfrəsi arxasında davam etdi.
A.İsgəndərov adına Mədəniyyət Sarayının özfəaliyyət qrupunun hazırladığı əyləncəli proqram ahillar tərəfindən böyük maraq və sevinclə qarşılandı.

Keçidlər