Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi

22 oktyabr 2019 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 23.10.2019-cu il tarixdə Ramana qəsəbəsində yerləşən 198 nömrəli tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir.
   Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul əməkdaşı Tağı Tağıyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi, Ramana Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
   Səyyar görüşdə iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyəti başçısına müraciətlər etdilər. Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin  həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.
 
Keçidlər