“Ağ ölüm”ə yox deyirik
03 may 2024 | 18:25
03.05.2024-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsi, 80 nömrəli tam orta məktəbdə “Ağ ölüm”ə yox deyirik” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov, Sabunçu rayon Polis İdarəsinin rəisi Cavid Muradov, Respublika Narkoloji Mərkəzin həkim-narkoloqu Sona Xudaverdiyeva, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının həkim-psixoloqu İlahə Dadaşova, valideyinlər, məktəbin şagird və müəllim kollektivi iştirak edirdilər.
Tədbiri Sabunçu rayon Polis İdarəsinin rəisi Cavid Muradov açaraq maarifləndirici görüşün məqsəd və mahiyyət, narkomaniyaya qarşı görülən işlərdən, hüquq mühafizə orqanları tərəfində həyata keçirilən əməliyyatlardan söz açdı.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov çıxış edərək müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə ətraflı məlumat verdi. Yeniyetmə və gənclərin narkomaniyadan və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş yeni 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından danışdı və ətraflı məlumat verdi, respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində görülən əhəmiyyətili işlərdən danışdı.
Digər çıxış edənlər narkotikin ümumbəşəri bəla olmasından, gənc nəslin bu kimi zərərli vərdişlərdən uzaq tutulması, onların sağlamlığının qorunması üçün həlli vacib işlərin həyata keçirilməsindən və bu işdə məktəblilərin, müəllimlərin və valideynlərin üzərinə düşən işlərdən danışdılar, tədbir iştirakçılarına müəyyən tövsiyyələr verdilər, mövzu ilə bağlı şagirdləri maraqlandıran suallara cavab verdilər.

Sonda Sabunçu rayon Polis İdarəsi tərəfindən narkomaniya ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak edən şagirdlərə Fəxri Fərmanlar təqdim edildi və xatirə şəkili çəkdirdilər.