Şriftin ölçüsü :

Saytın rəngi :

Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş görüş keçirildi

28 aprel 2022 | 18:25
28.04.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş görüş keçirildi. 
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə heyəti sədrinin müşaviri Vüqar Əliyev, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin rəhbəri Samirə Mehdiyeva və müəssisənin sakinləri iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova görkəmli oftalmoloq alim,  akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolu, zəngin elmi fəaliyyətindən danışaraq onun qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi yüksək dəyərlərə malik olduğunu vurğuladı.
Sosial Xidmətlər Agentliyinin İdarə heyəti sədrinin müşaviri Vüqar Əliyev, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin rəhbəri Samirə Mehdiyeva və müəssisənin sakinləri çıxış edərək  görkəmli alim, sədaqətli həyat yoldaşı, mehriban və qayğıkeş ana olan, milli-mənəvi və yüksək əxlaqi dəyərləri varlığında təcəssüm etdirən Zərifə xanım Əliyevanın bütün türk dünyası və müsəlman aləmində qadınlar üçün örnək olduğunu bildirdilər.
Keçidlər