Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində “Yel Çərşənbəsi” münasibətilə tədbir keçirildi.
11 mart 2025 | 16:38
11.03.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində “Yel Çərşənbəsi” münasibətilə tədbir keçirildi.
Tədbirdə iştirak edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərini salamlayaraq onları baharın gəlişi və “Yel Çərşənbəsi” münasibətilə təbrik etdi.
Konsert proqramı ilə davam edən tədbirin sonunda bayram tonqalı qalandı və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinə bayram sovqatı verildi.