Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “BMT-nin CEDAW Komitəsinin tövsiyələri: gender bərabərliyi istiqamətində mövcud vəziyyət və perspektivlər" mövzusu üzrə gender məsul şəxslər üçün təlim keçirilib

16 iyun 2023 | 14:29
   16 iyun 2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “BMT-nin CEDAW Komitəsinin tövsiyələri: gender bərabərliyi istiqamətində mövcud vəziyyət və perspektivlər" mövzusu üzrə gender məsul şəxslər üçün keçirilən təlimdə iştirak edib.
   Açılış nitqi ilə çıxış edən BMT-nin CEDAW Komitəsinin üzvü Elgün Səfərov cəmiyyətdə gender bərabərliyi ilə bağlı mövcud olan stereotiplər, selektiv abortlar və cinsə görə ayrı-seçkilik halları ilə bağlı məlumatları qeyd edib və bu problemlərin qarşısının alınması istiqamətində görülməsi vacib olan tədbirləri vurğulayıb.
   Davamında gender və inkişaf üzrə ekspert, Dünya Bankının aparıcı konsultantı Xalisə Şahverdiyeva təqdimatla çıxış edib. O, CEDAW Komitəsinin tövsiyələrinin icrası ilə bağlı mühüm məqamları qeyd edib. Təlimçi qadınlara qarşı gender əsaslı zorakılıq, ədalət mühakiməsinə çıxış, həssas kateqoriyadan olan qadınların problemlərinin həlli və qadınların vəziyyətinin yaxşılaşdırılması üçün milli mexanizmlər haqqında məlum verib. Müvafiq tövsiyələrin icrası üzrə mümkün fəaliyyət konsepsiyasının hazırlanması istiqamətində qrup işi olub.
   Daha sonra Komitə əməkdaşları Sevil Rəsulzadə və Qeys Ağalarov tərəfindən gender məsul şəxslərin şəbəkələşməsini hədəfləyən “genderazerbaijan.com” saytından istifadə qaydaları haqqında məlumat verilib və müvafiq elektron açarlar paylanılıb.
   Təlim çərçivəsində iştirakçılara “Gender bərabərliyi” dərs vəsaiti, “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” haqqında məlumat verilib və mövzu ətrafında müzakirələr aparılıb.
   Sonda iştirakçılara təlimdə iştirakla bağlı sertifikatlar təqdim edilib.
 
Keçidlər