Şriftin ölçüsü :

Saytın rəngi :

“ARENOL Group” şirkətinin təsis edilməsinin 25 illiyi münasibətilə tədbir keçirildi.

14 aprel 2024 | 10:55
13.04.2024-cü il tarixdə Sabunçu rayonunda tikinti sahəsində böyük layihələrə imza atan “ARENOL Group” şirkətinin təsis edilməsinin 25 illiyi münasibətilə tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, millət vəkilləri, dövlət rəsmiləri, şəhid ailələri, qazilər və digərləri iştirak edirdilər.
“ARENOL Group” şirkətinin təsisçisi Tolga Şahin çıxış edərək bildirdi ki, şirkət
Qarabağ Zəfərindən sonra qardaş Azərbaycanın azad etdiyi torpaqlarının yenidən qurulmasında yaxından iştirak edir. Qeyd olundu ki, hazırda Laçında, Kəlbəcərdə və Xocalıda tikinti işləri yüksək səviyyədə həyata keçirilir.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev vurğuladı ki, şirkətin işğaldan azad olunmuş ərazilərdə apardıqları geniş miqyaslı tikinti və yenidənqurma işləri iki ölkə arasında “Bir millət iki dövlət” prinsipindən irəli gələn dostluq və qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Sonra Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı və millət vəkilləri çıxış edərək şirkətin fəaliyyətinə uğurlar arzuladılar.
Tədbir tanınmış sənət nümayəndələrinin ifasında bədii proqramla davam etdi.
Keçidlər