Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisad Kolleçində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda konfrans keçirilmişdir
28.04.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisad Kolleçində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda konfrans keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Sosial-İqtisad Kolleçin direktoru Vidadi Orucov, Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbər şəxsləri, müəllim və tələbələr iştirak edirdilər.
Konfransda çıxış edən müəllim və tələbələr Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik əldə etmiş, iqtisadiyyatı dağılmış, iqtisadi fəalkət astanasında olan bir ölkənin iqtisadiyyatının necə qurulmasından söz açdılar, Ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafı üçün göstərdiyi əzmkar, uzaqgörən və dönməz mübarizliyindən, fədəkarlığından geniş danışdılar. Çıxış edənlər Azərbaycan dövlətinin bu günkü inkişafının təməlini qoyan dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi hər zaman xalqımızın qəlbində əbədi yaşayacağını bildirdilər. Onun layiqli davamçısı olan cənab Preziden İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin günü-gündən surətlə inkişaf etdiyini, əhalinin sosial-rifah halının daha da yaxşılaşdığını xüsusi vurğuladılar.