Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun Sabunçu rayonu üzrə iştirakçıları ilə görüş keçirildi

18 noyabr 2024 | 14:19
18.11.2024-cü il tarixdə Bakı Gənclər Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçiriləcək Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Sabunçu rayonunu təmsil edəcək iştirakçılarla görüşdü.
Görüş zamanı R.Vəliyeva bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ili “Uşaq ili” elan etməsi ilə əlaqədar həmin ildən başlayaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ənənəvi olaraq uşaqların həyatında əhəmiyyətli hadisə olan Azərbaycan Uşaqlarının Forumları həyata keçirilir. Uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından Ümumrespublika Uşaq Forumlarının əhəmiyyətdən söz açan R.Vəliyeva Forumda Sabunçu rayonunu təmsil etmək hüququ qazanan uşaqları təbrik etdi və onlara uğurlar arzuladı.
Daha sonra Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda Sabunçu rayonunu təmsil edəcək iştirakçılara Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən tərtib olunan yaddaş kitabçaları təqdim olundu, Forumda iştirak barədə təlimatlar verildi və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
Sonda xatirə şəkli çəkdirildi.
Keçidlər