Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Gənclər Mərkəzində Azərbaycan Ağsaqqallar Şurasının Sabunçu rayon təşkilatının növbəti hesabat-konfransı keçirilmişdir

09 iyul 2024 | 12:48
09.07.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində Azərbaycan Ağsaqqallar Şurasının Sabunçu rayon təşkilatının növbəti hesabat-konfransı keçirilmişdir.
Konfransda Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, akademik Əhliman Əmiraslanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov,  Azərbaycan Ağsaqqallar Şurasının Sabunçu rayon təşkilatının sədri Vəli Qaraçaylı  və  bir qrup rayon ağsaqqalı iştirak etmişdir.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan Ağsaqqallar Şurasının Sabunçu rayon təşkilatının sədri Vəli Qaraçaylı görülmüş işlərlə bağlı hesabat xarakterli çıxış etdi.
Konfransda çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov rayon ağsaqqalların rayonun ictimai-siyasi, mədəni tədbirində fəal və əhəmiyyətli iştirakından, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam təməllər əsasında tərbiyəsi işində onlara hər zaman böyük ehtiyac olduğundan söz açdı.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, akademik Əhliman Əmiraslanov çıxışında Azərbaycan Ağsaqqallar Şurasının Sabunçu rayon təşkilatının sədrinin fəaliyyətini yüksək qiymətləndirməklə yanaşı, diqqətə onu da çatdırdı ki, xalqımızın mənəvi dünyasında ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ən ali həyat məramı olub və hər zaman onların xeyir-duasının alınmasına, ağsaqqal məsləhətinə, tövsiyəsinə böyük önəm verilib.
Keçidlər