Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə “Şərq Gecəsi 2” adlı konsert proqramı baş tutub. Tədbirin məqsədi Şərq dünyasının mədəniyyətlərini bir araya gətirmək, gənclər arasında Şərq ölkələrinin mədəniyyətlərini aşılamaq, gənclərin bacarıq və istedadlarının üzə çıxarılmasından ibarətdi

16 dekabr 2024 | 15:39
   Tədbir şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilməklə və Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başladı.
  Tədbiri giriş nitqi ilə açıq elan edən Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxışında “Qədim Şərqin sirli və gözəl atmosferi, onun zəngin mədəniyyəti, musiqisi, incəsənəti barədə söz açaraq tədbir iştirakçılarını bu gözəl tədbirdən zövq almağa dəvət etdi.
   Tədbirdə istedadlı gənclərin iştirakında Şərq xalqlarının zəngin mədəni-irsi və qədim ənənələrini özündə təcəssüm etdirən müxtəlif çıxışlar göstərildi.
Konsert proqramında gənc ifaçılarının çıxışları ilə yanaşı, möhtəşəm rəqs performansları da nümayiş olunub.
   Tədbirdə dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri, şəhid və qazi ailələri, incəsənət, mediya nümayəndələri və gənclər iştirak ediblər.
  Tədbirin sonunda Bakı Gənclər Mərkəzinin direktoru “Şərq Gecəsi 2” adlı konsert proqramının ərsəyə gəlməsində əməyi keçən hər kəsə öz minnətdarlığı bildirmişdir. Həmçinin, tədbir iştirakçıları Şəhid Əli Seyidovun anası Lalə xanım, Sabunçu rayon icra hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Yazıçı-publisist, jurnalist Zöhrə Əsgərova, Bakı Gənclər    Mərkəzinin direktoru Nərgiz Babayeva tərəfindən təşəkkürnamələr ilə təltif olundular.
Keçidlər