Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidi Hüseynov Əkbər Bahadur oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi

29 sentyabr 2025 | 09:38
29 Sentyabr 2025-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidi Hüseynov Əkbər Bahadur oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Hüseynov Əkbər Bahadur oğlu 11.07.2001-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2018-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 252 saylı tam orta məktəbi bitirmişdir. 15.07.2019-cu ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 29.09.2020-ci ildə Tərtər rayonu Talış kəndi istiqamətində gedən döyüşdə qəhramancasına şəhid omuşdur. 30.09.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
 
Keçidlər