Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidi Hüseynov Əkbər Bahadur oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi

29 sentyabr 2022 | 12:02
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Rahim Budaqov, şəhidin ailə üzvləri və qəsəbə sakinləri iştirak etmişdir.
Hüseynov Əkbər Bahadur oğlu 11.07.2001-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2018-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 252 saylı tam orta məktəbi bitirmişdir.     15.07.2019-cu ildə həqiqi hərbi xidmətə çağrılmışdır. Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
29.09.2020-ci ildə Tərtər rayonu Talış kəndi istiqamətində gedən döyüşdə qəhramancasına şəhid omuşdur.
30.09.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər