Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidi Süleymanov Mirsüleyman Aydın oğlunun il mərasimi keçirildi

20 noyabr 2022 | 11:05
20 Noyabr 2022-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidi Süleymanov Mirsüleyman Aydın oğlunun il mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri  iştirak etmişdir.
MirSüleyman Süleymanov 30.03.1998-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2015-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 271 saylı tam orta məktəbini bitirmişdir. Həmin ili də Azərbaycan Universitetinə daxil olmuşdur. 2019-cu ildə həqiqi hərbi xidmətə çağrılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Ağdərə istiqamətində istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
16.10.2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
20.11.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq  Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər