Şriftin ölçüsü :

Saytın rəngi :

Balaxanı qəsəbəsində “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə rəngarəng konsert proqramı keçirildi.

01 iyun 2022 | 08:58
   01.06.2022-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Balaxanı Bələdiyyəsi və M.Ə.Sabir adına Balaxanı Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə “1İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Balaxanı qəsəbəsində rəngarəng konsert proqramı keçirildi. 
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Məmmədov, Balaxanı bələdiyyə sədri Bahadır Haşumov və rayon sakinləri iştirak edirdilər.
   Sakinlərin, xüsusilə də uşaqların böyük marağına səbəb olan şənlikdə tanınmış müğənnilərin və istedadlı uşaqların ifasında şən musiqilər səsləndirildi. Müxtəlif nağıl personajlarının çıxışları şənliyə daha da rəng qatdı.
Keçidlər