Şriftin ölçüsü :

Saytın rəngi :

Balaxanı qəsəbəsində “Zəfər festivalı” keçirildi

06 may 2023 | 11:18

06.05.2023-cü il tarixdə Sabunçu rayonunun Balaxanı qəsəbəsində Balaxanı bələdiyyəsinin təşkilatçılığı, Milli Aviasiya Akademiyası, “AzeRobot Education Robototexnika” tədris mərkəzi, “Hobbi Model” mağazalar şəbəkəsi, “Hədəf” liseyi, 287 saylı Zəkalar liseyi və Xəzər Universitetinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Zəfər festivalı” keçirildi.

Festivalda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Sədai Vəlibəyli, Balaxanı bələdiyyəsinin sədri Bahadır Haşımov, Milli Aviasiya Akademiyası, “AzeRobot Education Robototexnika” tədris mərkəzi, “Hobbi Model” mağazalar şəbəkəsi, “Hədəf” liseyi, 287 saylı Zəkalar liseyi və Xəzər Universitetinin nümayəndələri, rayon sakinləri iştirak edirdilər.

Festivalda tələbə və gənclərin, şagirdlərin təşəbbüsü ilə hazırlanan təyyarə modelləri, dronlar nümayiş olundu, xüsusi hazırlanan robotlar təqdim edildi. Festivalın xüsusi hazırlanan uçuş zonasında təyyarə və dronların sınağı həyata keçirildi. Sərgi zonasında isə avtomobillər, tank modelləri, müxtəlif robotlar nümayiş olundu. 

Festivalın keçirilməsində məqsəd yeniyetmə və gənclərdə bu sahəyə maraq artırmaqdır.

Keçidlər