Şriftin ölçüsü :

Saytın rəngi :

Bilgəh qəsəbəsində “BEN CUDO” idman klubunun açılış mərasimi keçirildi

16 dekabr 2022 | 18:29

16.12.2022-ci il tarixdə Sabunçu rayonu, Bilgəh qəsəbəsində “BEN CUDO” idman klubunun açılış mərasimi keçirildi.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Bilgəh bələdiyyə sədri, tanınmış idman ustaları və qəsəbə sakinləri iştirak edirdilər.

İlk olaraq qonaqlar klubda yaradılan şəraitlə tanış oldular. Qeyd olundu ki, yeniyetmə və gənclər arasında cudo idman növünün təbliği, həmçinin bu idman növünə olan marağın daha da artırılması və  inkişaf etdirilməsi məqsədilə yaradılan klub müasir avadanlıqlarla təchiz olunub və  burada gənclərin idmanla məşğul olması üçün hər cür şərait yaradılıb.

Açılış mərasimində çıxış edən qonaqlar bildirdilər ki, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib.

Ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi və idmançılarımızın yarışlarda ölkəmizi uğurla təmsil edərək davamlı qələbələr qazanması ölkəmizdə idmana olan marağın daha da artmasına və bu sahədə uğurlu idmançıların yetişməsinə səbəb olur.

Vurğulandı ki, yeniyetmə və gənclərə sağlam həyat tərzinin təbliğ olunması və onların asudə vaxtlarını səmərəli keçirməklə pis vərdişlərdən uzaq olması üçün klubun gələcəkdə fəaliyyət dairəsinin genişləndirilməsi nəzərdə tutulub.

Sonda xatirə şəkli çəkildi.

Keçidlər