Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsi şəhidi Qurbanov Nofəl Nəriman oğlunun adına ehsan süfrəsi verildi

27 avqust 2023 | 17:57
27 avqust 2023-cü il tarixdə Sabunçu rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Qurbanov Nofəl Nəriman oğlunun adına ehsan süfrəsi verildi.
Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, RİHB-nın müavinləri, RİHB aparatının şöbə müdirləri, RİHB-nın QİƏD üzrə nümayəndəliyinin əməkdaşları, YAP Sabunçu rayon təşkilatının nümayənədəsi, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin nümayəndələri, Sabunçu rayon ictimaiyyətinin nümayəndələri, rayon sakinləri, və qazilər ediblər.
03.12.1971-ci il təvəllüdlü hərbi qulluqçu Qurbanov Nofəl Nəriman oğlu Birinci Qarabağ müharibəsi zamanı Daşaltı əməliyyatında itkin düşmüş, 31 il sonra isə aşkar olunan kütləvi məzarlıqda tapılan meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən edilərək 25 avqust 2023-cü il tarixdə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Keçidlər