Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçu Qurbanov Nofəl Nəriman oğlu Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılıb

25 avqust 2023 | 19:05
25 avqust 2023-cü il tarixdə Birinci Qarabağ müharibəsi zamanı Daşaltı əməliyyatında itkin düşmüş, 31 il sonra  isə aşkar olunan kütləvi məzarlıqda tapılan meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən edilmiş 03.12.1971-ci il təvəllüdlü hərbi qulluqçu Qurbanov Nofəl Nəriman oğlunun meyit qalıqları ailəsinə təhvil verilib.
Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  şəhid Nofəl Qurbanovun yaşamış olduğu Balaxanı qəsəbəsi, Cahangirov küçəsi ev 51 a ünvanında vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhid Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əklillər qoyulub.
Dəfn mərasimində şəhidin ailə üzvləri ilə yanaşı Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, RİHB-nın müavinləri, RİHB aparatının şöbə müdirləri, RİHB-nın Bakıxanov QİƏD üzrə nümayəndəliyinin əməkdaşları, YAP Sabunçu rayon təşkilatının sədri, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin nümayəndələri Sabunçu rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon sakinləri, qazilər və media nümayəndələri iştirak ediblər.
 
Keçidlər