Şriftin ölçüsü :

Saytın rəngi :

Boccia idman növü üzrə milli komandanın üzvləri ilə görüş keçirildi

18 aprel 2022 | 18:04

18.04.2022-ci il tarixdə Sabunçu rayonunda fəaliyyət göstərən Əlilliyi olan şəxslərin peşə-əmək reablitasiya mərkəzində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov və müavin Rəna Fərəcovanın iştirakı ilə Boccia idman növü üzrə milli komandanın üzvləri ilə görüş keçirildi.

Boccia idman növü üzrə milli komandanın üzvlərini Xorvatiyanın Zaqreb şəhərində keçirilmiş “İntercontinental Challenger” çempionatında qazandıqları qələbə münasibətilə təbrik edən Güloğlan Məmmədov bildirdi ki, Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınması və mötəbər arenalarda bayrağımızın dalğalanması ölkə Prezidenti cənab İlham Əliyevin idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir.
İdmançıları qələbə münasibətilə təbrik edən Rəna Fərəcova qeyd etdi ki, dünya idman arenalarında öz layiqli yerini tutan Azərbaycanın bir çox beynəlxalq yarışlara ev sahibliyi etməsi ölkəmizin tək idman sahəsində deyil digər sahələrdə də inkişafına səbəb olmuşdur. Turizimin və mədəniyyətin inkişafı ilə yanaşı, eləcədə iqtisadi əlaqələrin də genişlənməsinə təkən verən bu oyunların təməlində məhz Azərbaycan dövlətinin hərtərəfli inkişafı durur.
Boccia İdman Federasiyasının baş katibi, milli komandanın baş məşqçisi İlham Məhərrəmov komanda üzvləri adından çıxış edərək məlumat verdi ki, Xorvatiyanın Zaqreb şəhərində keçirilmiş “İntercontinental Challenger” çempionatında boccia idman növü üzrə milli komandanın üzvləri Bəhruz Mirzəyev və Sona Ağayeva qızıl, Orxan Kərimov isə bürünc medal qazanmışlar. İ.Məhərrəmov ölkəmizi uğurla təmsil etməkdən qürur duyduqlarını vurğulayaraq bu qələbənin əldə olunmasında əməyi keçən hər kəsə minnətdarlığını bildirdi.
Sonda xatirə şəkli çəkildi.

Keçidlər