Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar Sabunçu rayonunda tədbir keçirilib

24 aprel 2026 | 16:04
24 aprel 2026-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Çernobıl faciəsinin 40-cı ildönümü ilə əlaqədar qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş Sabunçu rayon sakinləri ilə 96 nömrəli tam orta məktəbdə görüş keçirilib.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov, Çernobıl Əlilləri İttifaqının Sabunçu rayon təşkilatının sədri Elxan Salmanov və qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri iştirak ediblər.
Tədbir Çernobıl faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Giriş sözü ilə çıxış edən Ədalət Teymurov Çernobıl faciəsinin ağır nəticələrindən danışaraq, qəzanın ləğvində iştirak etmiş və nəticədə sağlamlıqlarına ciddi zərər dəymiş vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən bəhs edib. O, Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış sərəncamların bu kateqoriyadan olan şəxslərin sosial rifahının yaxşılaşdırılmasına, statuslarının müəyyənləşdirilməsinə və problemlərinin həllinə mühüm töhfə verdiyini qeyd edib.
Elxan Salmanov çıxışında Çernobıl əlillərinin problemlərinin həllində göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, qarşılaşdıqları məsələlərin aidiyyəti qurumlar tərəfindən operativ şəkildə həll olunduğunu bildirib.
Tədbirin sonunda Çernobıl əlillərinə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilib.
Keçidlər