Çernobıl qəzasının ildönümü ilə əlaqədar Sabunçu rayonunda tədbir keçirilmişdir
25 aprel 2025 | 16:26
25.04.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Çernobıl qəzasının növbəti ildönümü ilə əlaqədar qəzanın aradan qaldırılmasında iştirak etmiş Sabunçu rayon sakinləri ilə Bakıxanov qəsəbəsi, 80 nömrəli tam orta məktəbdə görüş keçirmişdir.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Çernobıl Əlilləri İttifaqının Sabunçu rayon təşkilatının sədri Elxan Salmanov və qəzanın aradan qaldırılmasında iştirak etmiş Sabunçu rayon sakinləri iştirak edirdilər.
Tədbir Çernobıl faciəsi qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
Giriş sözü ilə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov Çernobıl faciəsinin törətdiyi fəsadlar barədə danışaraq Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamlardan, ölkə rəhbəri, dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan, Çernobıl əlillərinin sosial durumunun yaxşılaşdırılması, onların statusunun müəyyənləşdirilməsi, sosial problemlərinin həlli istiqamətində aparılan ardıcıl tədbirlərdən geniş söz açdı.
Çernobıl Əlilləri İttifaqının Sabunçu rayon təşkilatının sədri Elxan Salmanov çıxışında Çernobıl əlillərinin problemlərinin həllində göstərilən köməklik, onlara bəslənən hörmət, qarşılaşdıqları problemlərin aidiyyəti qurumlar tərəfindən qısa zamanda həll olunduğunu vurğulayaraq buna görə ölkə prezidenti cənab İlham Əliyevə Çernobıl Əlilləri İttifaqı adından dərin minnətdarlığını bildirdi.
Tədbirin sonunda Çernobıl əlillərinə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım verildi.