Şriftin ölçüsü :

Saytın rəngi :

Dini fanatizmin, radikalizmin və ekstremizimin mayhiyyəti və fəsadları mövzusunda tədbir keçirilmişdir

16 may 2024 | 14:59
16.05.2024-cü il tarixdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Neft-Energetika Kollecinin birgə təşkilatçılığı ilə Bakı Neft-Energetika Kollecində “Dini fanatizmin, radikalizmin və ekstremizimin mayhiyyəti və fəsadları” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin aparıcı məsləhətçisi Rəşadət Hidayətov, Bakı Neft-Energetika Kollecinin direktor müavini Hüseyn Hüseynov, kolleçin müəllim və tələbə kollektivi iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan direktor müavini H.Hüseynov tədbir haqqında, dini fanatizm, radikalizm və ekstremizmin yaratdığı fəsadlar və  onların təhlükəsi haqqında ətraflı məlumat verdikdən sonra çıxış üçün sözü qonaqlara verdi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov çıxış edərək qeyd etdi ki, hər bir cəmiyyətin inkişafında, dünyagörüşündə, davranışnda və fəaliyyətində din tarixi hadisə kimi çox böyük rol oynayır. Din insan mənəviyyatının əsasında durmaqla yanaşı,  sosial münasibətlərin tənzimlənməsində də, xüsusi rola malikdir. Dini fanatizm, radikalizm və ekstremizm cəmiyyəti, dövləti sarsıdan, onun inkişafına ciddi mane olan prosesdir.
Ə.Teymurov Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət-din münasibətlərindən, bu  gün Prezident cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, həyata keçirilən uğurlu siyasətin nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanların mehriban və qarşılıqlı hörmət şəraitində yaşamasından, respublikamızın dünyada tolerantlıq və multikulturalizm nümunəsinə çevrilməsindən geniş söz açdı.
Milli-mənəvi və islami dəyərlərdən söhbət açan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin aparıcı məsləhətçisi Rəşadət Hidayətov bildirdi ki, dini radikalizm və xurafat cəmiyyətin inkişafına mane olur və onların da qarşısının alınması maarifləndirmədən, islamı düzgün formada, olduğu kimi cəmiyyətə çatdırmaqdan asılıdır. Dini ekstremizm, fanatizm və xurafat arasında ciddi fərq olmadığını deyən R.Hidayətov bu məfhumların mahiyyət etibarilə eyni dərəcədə zərərli olduğunu vurğuladı.
Keçidlər