Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirildi.

17 aprel 2024 | 12:25
17.04.2024-cü il tarixdə Bakı Gənclər Mərkəzində Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Sabunçu Rayon Komitəsinin 2019-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki yığıncağı keçirildi.
Konfranda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Vəliyeva, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin nümayəndəsi Rəhilə Babayeva, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşı Ramilə Quliyeva, DİİXİ Hİ Sabunçu Rayon Komitəsinin sədri Şəms Əsədova və konfransa seçilmiş nümayəndələr iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra konfrans iştirakçıları Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Sabunçu rayon komitəsinin sədri Şəms Əsədova konfransı giriş sözü ilə açdıqdan sonra Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Sabunçu rayon komitəsinin və Təftiş komissiyasının hesabat-məruzələri dinlənildi, 2019-2024-cü illər ərzində Sabunçu rayon Həmkarlar İttifaqının fəaliyyəti haqqında Konfrans iştirakçılarına məlumat verildi. Daha sonra protokol qaydalarına uyğun olaraq gündəlikdəki digər məsələlər dinlənildi. Açıq səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin plenum üzvləri və Təftiş Komissiyasının üzvləri seçildi. Gündəliyə əsasən, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Sabunçu rayon Komitəsinin seçilməsi səsə qoyuldu və Şəms Əsədova yenidən Sabunçu rayon Həmkarlar İttifaqının sədri seçildi.
Keçidlər