“Gənclər arasında ailə dəyərlərinin təbliği” adlı layihə keçirildi
01 noyabr 2024 | 16:11
Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə “Gənclər arasında ailə dəyərlərinin təbliği” adlı layihə keçirildi.
Layihə çərçivəsində cari ilin 23-27 oktyabr tarixləri aralığında təlimçilər Tamilla Süleymanova, Aidə Sübhan və Aysel Abdullayeva tərəfindən Sabunçu Gənclər Evində gənclərə “Uşaq evliliyinin fəsadları”, “Ailədə sağlamlığın qorunması” və “Gendər bərabərliyi və məişət zorakılığı” mövzularında təlimlər keçirildi.
Təlim iştirakçılarına Sabunçu Gənclər Evi tərəfindən sertifikatlar təqdim edildi.