“Heydər Əliyev və milli dəyərlərimizə qaydış” mövzusunda tədbir keçirilmişdir
24 aprel 2024 | 14:53
24.04.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Azərbaycan Respubliksı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Heydər Əliyev və milli dəyərlərimizə qaydış” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri, Azərbaycan İlahiyyət İnstitutunun Himayəçilər Şurasının üzvüz, Şöhrət Ordenli, Prezidentin fərdi təqaüdçüsü Milix Yevdayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbənin aparıcı məsləhətçisi Rəşadət Hidayətov, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynov və Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllim, tələbələri iştirak edirdi.
Dövlət hümni ilə başlayan tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, milli mədəniyyətimizin inkişafı, adət- ənənələrimizin zənginləşdirilməsi istiqamətində gördüyü işlərdən, milli-mənəvi dəyərlərimizi həmişə uca tutan ölkə Prezidenti cənab İlham Əliyevin bu istiqamətdə gördüyü işlərdən, keçirdiyi görüşlərdən, etdiyi çıxışlardan, gənclərimizin milli-mənəvi dəyərlər, milli əxlaq prinsiplər əsasında tərbiyə edilməsindən geniş danışdı.
Tədbirdə çıxış edən Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbənin aparıcı məsləhətçisi Rəşadət Hidayətov, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Mətləb Hüseynov və digər çıxışçılar xalqımızın milli-mənəvi dəyərlərinin təbliğində, gənclərimizin bu ruhda tərbiyə olunmasında, həmçinin cəmiyyətin bu istiqamətdə səfərbər edilməsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, ölkə rəhbəri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərdən söz açdılar.