Şriftin ölçüsü :

Saytın rəngi :

"İdmanla sağlam gələcək" devizi altında 2009-2011-ci il təvəllüdlülər arasında mini-futbol turnirinin final mərhələsi keçirildi

26 dekabr 2022 | 15:19
26.12.2022-ci il tarixdə Ramana İdman Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin dəstəyi ilə oktyabr ayından start verilən "İdmanla sağlam gələcək" devizi altında 2009-2011-ci il təvəllüdlülər arasında mini-futbol turnirinin Sabunçu rayon final mərhələsi keçirildi.
Ümumilikdə bütün qəsəbələri əhatə edən turnirin gərgin keçən finalında Ramana qəsəbəsini təmsil edən 137 nömrəli tam orta məktəb və Bakıxanov qəsəbəsini təmsil edən 169 nömrəli tam orta məktəb  arasında baş tutan oyunda 2:3 hesabı ilə 169 nömrəli tam orta məktəb  qalib gəldi. Sabunçu qəsəbəsini təmsil edən komanda isə üçüncü yeri qazandı.
Qaliblər Sabunçu Rayon İcra Hakimiyyəti başçısının  müavini Rəna Fərəcova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Sabunçu rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin baş məsləhətçisi Cəlil Əlizadə tərəfindən diplom və medallarla təltif olundu.
Keçidlər