Şriftin ölçüsü :

Saytın rəngi :

II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi Qurbanov İmran İlqar oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi

23 may 2022 | 12:34
23 may 2022-ci ildə II Fəxri Xiyabanda şəhid Qurbanov İmran İlqar oğlunun xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov, şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhidin təhsil aldığı məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
Qurbanov İmran İlqar oğlu 23.05.1989-cu ildə Sabunçu rayonu, Ramana qəsəbəsində anadan olmuşdur. Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 72 saylı məktəb-litseyi bitirmişdir.
         2003-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi məktəbə, 2006-cı ildə Heydər Əliyev adına Hərbi Akademiyaya qəbul olmuşdur.
         2011-ci ildə leytenant hərbi rütbəsi alaraq N saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlamışdır.
         Vətən müharibəsi başlayan ilk gündən zabit kimi ön cəbhədə döyüşmüşdür.
         27.09.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
11.12.2020-ci ildə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “İkinci Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
         İmran Qurbanov dəfələrlə yüksək xidmətinə görə Müdafiə Nazirliyinin əmri ilə müxtəlif medal, fəxri fərmanlar və döş nişanları ilə təltif olunmuşdur. 2013-cü ildə Azərbaycan Respublikasının Silahlı qüvvələrinin 95 illiyinə görə, 2018-ci ildə Azərbaycan ordusunun 100 illiyinə görə, 2019-cu ildə Qüsursuz xidmətinə görə təltif ounmuşdur.
         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.
Keçidlər