Korrupsiyaya qarşı mübarizə sahəsində əhali arasında maarifləndirmə işləri aparılmışdır
09 mart 2023 | 19:21
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.
Ölkəmizdə korrupsiyanın qanunun aliliyinə, demokratik təsisatlara və insan hüquqlarına təhlükə yaratdığını, bərabərlik və sosial ədalət prinsiplərini pozduğunu, iqtisadi inkişaf üçün maneələr törətdiyini və digər amilləri nəzərə alaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə korrupsiyaya qarşı davamlı mübarizə aparılır, genişmiqyaslı qanunvericilik və institusional tədbirlər görülur.
Milli Fəaliyyət Planının icrası ilə əlaqədar görülmüş digər tədbirlərlə yanaşı, əhali arasında da ictimai müzakirələr keçirilmiş və bu sahədə maarifləndirici bukletlər hazırlanaraq vətəndaşlara paylanmışdır.
Cəmiyyət olaraq bu və ya digər formada korrupsiya hallarına qarşı birgə mübarizə aparmalıyıq!