Maştağa Mədəniyyət Mərkəzində “Bir həyat-bir şans” mövzusunda maarifləndirici tədbir keçirildi
24 may 2024 | 18:46
24.05.2024-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayon, Maştağa qəsəbəsi, Maştağa Mədəniyyət Mərkəzində “Bir həyat-bir şans” mövzusunda narkomaniya ilə bağlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov, Sabunçu Rayon Gənclər Mərkəzinin direktoru, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları, bir sıra mədəniyyət evlərinin rəhbərləri, QHT nümayəndələri, “12 Addım” reablitasiya mərkəzinin əməkdaşları, həkim-psixoloq,valideyinlər, məktəblilər və müəllimlər iştirak edirdilər.
Tədbiri açıq elam edən aparıcı tədbirin məqsəd və mahiyyət, narkomaniyaya qarşı görülən işlər, aidiyyatı dövlət qurumları, hüquq-mühafizə orqanları, QHT-ər tərəfində görülən işlərdən söz açdı.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov tədbirdə çıxış edərək narkomaniya ilə mübarizə istiqamətində maarifləndirmə, təbliğat və profilaktika işlərinin aparılmasının əhəmiyyətini qeyd etməklə yanaşı, narkomaniyanın müasir dövrümüzün ağrılı problemi kimi xarakterizə edərək gəncləri bu bəşəri bəladan uzaq durmağa səslədi.
Ə.Teymurov yeniyetmə və gənclərin narkomaniyadan və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlar, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində görülən əhəmiyyətili işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.
Çıxış edən həkim psixoloq psixoaktiv maddələrin xüsusiyyətləri, onların sağlamlığa zərərli təsiri və narkotik asılılığın formalaşma mərhələləri barədə iştirakçılara ətraflı məlumat verdi.
Daha sonra əvvəllər narkotik aludəçisi olmuş, hazırda isə “12 Addım” reablitasiya mərkəzində mülicə olunan gənclər, idmanşılar çıxış edərək bu bəlaya necə düçar olmaqları, necə əzab-əziyyət çəkməkləri və kimlərin köməyi ilə xilas olduqlar barədə tədbir iştirakçılarına danışdılar və narkomaniyada uzaq durmaları üçün tədbir iştirakçılarına çağırış etdilət.
Digər çıxış edənlər müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə ətraflı danışdılar. Onlar narkomaniyanın qarşısının alınması üçün bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açdılar və tədbir iştirakçılarına, xüsusilə də gənclərə müəyyən tövsiyyələr verdilər.