Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsində Vətən müharibəsi itkini şəhid Qədirli Elnur Rəcəb oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi

27 avqust 2023 | 17:35
27 avqust 2023-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində Vətən müharibəsi itkini şəhid Qədirli Elnur Rəcəb oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsinin müavini Ramil Ağayev, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, şəhidin (itkin) ailə üzvləri, döyüş yoldaşları, qəsəbə sakinləri iştirak etmişdir.
Qədirli Elnur Rəcəb oğlu 27 avqust 1997-ci ildə İsmayıllı rayonu, Diyallı kəndində anadan olmuşdur. Sonradan ailəsi ilə birlikdə Sabunçu Rayonu, Maştağa qəsəbəsində məskunlaşmışdır. Azərbaycan Ordusunun əsgəri olan Elnur Qədirli Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 7 oktyabr 2020-ci il tarixdə Suqovuşan azadlığı uğrunda gedən döyüş əməliyyatları zamanı itkin düşmüşdür. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuş, və onun tapılıb ailəsinə verilməsi üçün zəruri tədbirlər görülmüşdür. Uzun müddətli axtarışlar nəticə vermədiyindən Elnur Qədirliyə şəhid statusu verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər