Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Əliyev Tahir Mahir oğlunun ad günü münasibətilə anım mərasimi keçirildi.

20 iyul 2023 | 16:00

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.

Tahir Əliyev 20 iyul 2001-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuşdur. 2008-ci ildə 293 saylı tam orta məktəbə təhsil almış, təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə getmişdir. Xidmət etdiyi Qazax N saylı hərbi hissədən döyüş bölgəsinə könüllü yazılıb. 27.09.2020 tarixdən torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş, 29 oktyabr 2020-ci ildə Füzuli rayonun azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 30 oktyabr 2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn Xiyabanı" ildə Sabunçu rayonu, Maştağa qəsəbəsi "olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. 

Keçidlər