Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Tağıyev Kamran Fikrət oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi

31 oktyabr 2022 | 11:35
31 Oktyabr 2022-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində Vətən müharibəsi şəhidi Tağıyev Kamran Fikrət oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, şəhidlərin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Tağıyev Kamran Fikrət oğlu 27.09.2001-ci il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuşdur.
2017-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 108 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir.
2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə çağrılmışdır.
Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Tərtər istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
30.10.2020-ci ildə Tərtər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
31.10.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə”  medalları ilə təltif olunub.
Keçidlər