Şriftin ölçüsü :

Saytın rəngi :

“Müstəqilliyimizin bərpası, milli birlik və vətənpərvərlik” mövzusunda tədbir keçirilmişdir.

16 oktyabr 2025 | 18:18
16.10.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin təşkilatçılığı ilə “Müstəqilliyimizin bərpası, milli birlik və vətənpərvərlik” mövzusunda  tədbir keçirilmişdir.
       Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin aparıcı məsləhətçisi Rəşadət Hidayətov, Nuru İmanov, Sabunçu rayon ərazisində fəaliyyət göstərən dini icmalatrın, QHT-lərin Sabunçu rayon təşkilatının sədr və üzvləri iştirak edirdi.
       Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov qeyd etdi ki, 1991-ci ildə yenidən əldə edilən müstəqilliyimiz xalqımızın ötən əsrin əvvəllərində yaşadığı şərəfli tarixin şüurlarda yaratdığı milli oyanışın, azadlıq eşqinin bəhrəsi idi. Azərbaycanın müstəqilliyi haqqında bəyannamənin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunması Azərbaycanın müstəqil, demokratik və dünyəvi bir dövlət kimi yenidən mövcudluğunu dünyaya bəyan etdi. Dövlət müstəqilliyimizi dünya ictimaiyyəti tanıdı və qəbul etdi.
       Ə.Teymurov qeyd etdi ki, Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, müasir Azərbaycan dövlətinin qurucusudur.Ulu öndərin hakimiyyətə gəlişi ilə müstəqilliyi təhlükə altında olan Azərbaycan xilas oldu. Ulu öndərin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrildi. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi var.
Çıxışında milli birlik və vətənpərvərlikdən söz açan Ə.Teymurov qeyd etdi ki, vətənpərvərlik xalqımızın tarix boyu formalaşdırdığı ən müqəddəs dəyərlərdən biridir. Bu duyğu Azərbaycan xalqının qanında, yaddaşında və həyat tərzində həmişə mövcud olmuşdur. Vətənə olan sevgi, torpağa bağlılıq və milli-mənəvi dəyərlərə sadiqlik xalqımızı bütün dövrlərdə birləşdirən əsas güc olmuşdur. Qarabağ Zəfəri buna ən bariz nümunədir – xalq, ordu və dövlət bir amal uğrunda birləşərək tarixi Qələbəyə imza atıb.
       Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin aparıcı məsləhətçisi Rəşadət Hidayətov, Nuru İmanov, Rayon Axsağğallar Şurasının sədri Vəli Qaraçaylı, Müharibə, əmək və silahlı qüvvələr veteranları Şurasının Sabunçu Rayon Təşkilatının (BVM) sədri Sabir Allahverdiyev Ulu Öndərin zəngin irsi, ideyaları və tövsiyələri müasir cəmiyyətimizin inkişafının ideya mənbəyi barədə ətraflı danışdılar, vətənpərvərliyin yalnız müharibə zamanı deyil, gündəlik həyatımızda da özünü göstərdiyini, ordumuzun Zəfər yürüşləri xalqımıza qol-qanad verdiyini, Vətən müharibəsində tarixi qələbəmiz böyük milli potensialımızı üzə çıxardığını,  Azərbaycanda müstəqillik dövründə dövlətçilik dəyərlərinə bağlı, tarixi yaddaşı qoruyub saxlayan, vətənpərvər və əzmkar nəsil yetişdiyini qeyd etdilər.
Keçidlər