Şriftin ölçüsü :

Saytın rəngi :

“Müzəffər Ali Baş Komandan və xalq ordu birliyi” mövzusunda ideoloji maarifləndirmə tədbiri keçirilmişdir.

12 iyul 2024 | 15:15
11.07.2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialında Sabunçu Rayon İcra Hakimiyyətinin və  “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının birgə təşkilatçılığı ilə  “Müzəffər Ali Baş Komandan və xalq ordu birliyi” mövzusunda ideoloji maarifləndirmə tədbiri keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq tarixi qələbə qazanan və yeni inkişaf mərhələsinə qədəm qoyan ölkəmizdə həyata keçirilən dövlət siyasətinin uğurları, əldə olunmuş nailiyyətlər, habelə bu siyasətin prioritet istiqamətləri barədə vətəndaşların məlumatlandırılması istiqmətində əhəmiyyətə malik olan  ideoloji maarifləndirmə tədbirində “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının prezidenti Rövşən Rzayev, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, YAP-ın Sabunç rayon təşkilatının sədri Araz Xudadanov və “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialının əməkdaşları iştirak etmişdirlər.
Keçidlər