Nardaran qəsəbəsində Vətən müharibəsi şəhidi Xəlilov Hüseyn Rasim oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi
25 aprel 2023 | 18:17
25 aprel 2023-ci il tarixdə Sabunçu rayonu, Nardaran qəsəbəsində Vətən müharibəsi şəhidi Xəlilov Hüseyn Rasim oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov, Nardaran bələdiyəsinin sədri Əlihüseyn Ağayev, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Xəlilov Hüseyn Rasim oğlu 27.03.2002-ci ildə Sabunçu rayonu, Nardaran qəsəbəsində anadan olmuşdur. Təhsilini 295 saylı tam orta məktəbdə almış,daha sonra dülgərlik ixtisası üzrə peşə təhsili almışdır.
Vətən müharibəsi zamanı xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, döyüşlərdə qəhrəmanlıqla iştirak etmişdir.
07.08.2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə ağır yaralanmış, uzun müddət koma vəziyyətində qaldıqdan sonra 25.04.2021-ci ildə şəhidlik zirvəsinə ucalmışdır.
26.04.2021-ci ildə Sabunçu rayonu, Nardaran qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.