Şriftin ölçüsü :

Saytın rəngi :

“Narkotikə yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirildi

12 fevral 2026 | 16:49
12 fevral 2026-cı il tarixdə Sabunçu Rayon İcra HakimiyyətiSabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Ramana qəsəbəsi 198 nömrəli tam orta məktəbdə “Narkotikə yox deyirik” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.
Tədbir İlham Əliyevin 17 sentyabr 2025-ci il tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndinin icrası çərçivəsində təşkil olundu.
Tədbirdə Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov, Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Vüsal Feyziyev, Respublika Psixiatriya Xəstəxanasının klinik-psixoloqu Elmira Alicanova, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak etdi.
Çıxış edənlər narkomaniyanın fəsadları, onun cəmiyyət üçün yaratdığı ciddi təhlükələr, sosial-iqtisadi inkişafa mənfi təsiri, mənəvi-əxlaqi dəyərlərə vurduğu zərər, insan sağlamlığı və həyatına törətdiyi təhlükələr, eləcə də cinayətkarlığın artmasına səbəb olan amillər barədə ətraflı məlumat verdi. Həmçinin yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində görülən işlərdən bəhs edildi, sağlam və vətənpərvər ruhda böyüyən gənc nəslin formalaşdırılmasının vacibliyi vurğulandı.
Tədbir çərçivəsində şagirdləri maraqlandıran suallar cavablandırıldı, narkomaniya ilə mübarizə istiqamətində məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edən şagirdlərə Sabunçu Rayon Polis İdarəsi tərəfindən Fəxri Fərmanlar təqdim olundu.
Maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyəti xüsusi qeyd edildi, bu istiqamətdə işlərin davam etdiriləcəyi bildirildi.
Keçidlər