Şriftin ölçüsü :

Saytın rəngi :

Narkotikə yox deyirik” mövzusunda Maştağa qəsəbəsi 255 nömrəli tam orta məktəbdə tədbir keçirilib

15 may 2026 | 13:16
 
15.05.2026-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 sentyabr tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndinin icrası ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Maştağa qəsəbəsi 255 nömrəli tam orta məktəbdə “Narkotikə yox deyirik” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abbas Zeynalov, Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov, “Azərbaycan Respublikası Narkoloji Mərkəzi” publik hüquqi şəxsin həkim-narkoloqu Rövşən Kərimli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin klinik-psixoloqu İlahə Dadaşova, valideynlər, məktəbin şagird və müəllim kollektivi iştirak edib.
Tədbirdə çıxış edən Sabunçu Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abbas Zeynalov, “Azərbaycan Respublikası Narkoloji Mərkəzi” publik hüquqi şəxsin həkim-narkoloqu Rövşən Kərimli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin klinik-psixoloqu İlahə Dadaşova narkomaniyanın fəsadlarından, cəmiyyət üçün ciddi narahatlıq doğuran sosial bəla olmasından, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışaraq, bu problemin cəmiyyətimizin mənəvi və əxlaqi dəyərlərinə mənfi təsir göstərdiyini, sosial-iqtisadi inkişafa mane olduğunu, insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığını, həmçinin cinayətkarlığın artmasına səbəb olduğunu xüsusi vurğulayıblar.
Çıxış edənlər yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlərdən bəhs edərək, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsinin, sağlam inkişaf etməsinin və zərərli vərdişlərdən uzaq olmasının vacibliyini qeyd etdilər. Həmçinin bu istiqamətdə maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Mövzu ətrafında şagirdləri maraqlandıran suallar cavablandırıldıqdan sonra narkomaniya ilə bağlı məktəbdə keçirilən tədbirlərdə fəal iştirak edən şagirdlərə Sabunçu Rayon Polis İdarəsi tərəfindən fəxri fərmanlar təqdim olunub.
Keçidlər