Şriftin ölçüsü :

Saytın rəngi :

Neft-Energetika Kollecində “Zərərli vərdişlərdən uzaq” mövzusunda tədbir keçirildi

04 dekabr 2025 | 16:02
04.12.2025-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsi, Neft-Energetika Kollecində “Zərərli vərdişlərdən uzaq” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Sabunçu rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis mayoru Rauf Allahverdiyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimi-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, “Azərbaycan Respublikası Narkoloji Mərkəz” Publik Hüquqi Şəxsin həkim-narkoloqu Aytən Nadirli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin klinik-psixoloqu Ofelya Məmmədova, kollecin tələbələri və müəllim kollektivi iştirak etdilər.
Tədbiridə çıxış edən Neft-Energetika Kollecin direktoru Ata Babayev, Sabunçu rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, polis mayoru Rauf Allahverdiyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Anar Süleymanov, “Azərbaycan Respublikası Narkoloji Mərkəz” Publik Hüquqi Şəxsin həkim-narkoloqu Aytən Nadirli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi Şəxsin klinik-psixoloqu Ofelya Məmmədova narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən, narkomaniyanın cəmiyyətimizin mənəvi, əxlaqi dəyərlərini sarsıtdığını, sosial-iqtisadi inkişafa mənfi təsir gostərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə törətdiyini və cinayətkarlığın artmasına səbəb oduğunu xüsusi qeyd etdilər.
Çıxış edən natiqlər yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli işlərdən danışdılar və müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirlməsinin vacibliyini vurğuladılar.
Sonda mövzu ilə əlaqədar müzakirələr aparıldı və iştirakçıların verdiyi suallar ətraflı şəkildə cavablandırıldı.
Keçidlər