Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə şəhid ailələri, qazilər və müharibə iştirakçıları üçün bayram şənliyi təşkil edildi

19 mart 2023 | 11:18
   19.03.2022-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, “AZGERNEFT”, "Balakhani Operating Company" və “Surakhany Oil Operation Company S.A.”-nın birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Grand Neon şadlıq sarayında Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan igidlərimizin ailələri, qazilər və müharibə iştirakçıları üçün bayram şənliyi təşkil edildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, müavinlər Rəna Fərəcova və Elşən Həsənli, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, “AZGERNEFT”, "Balakhani Operating Company" və “Surakhany Oil Operation Company S.A.”-nın məsul əməkdaşları iştirak edirdilər.
Keçidlər