Şriftin ölçüsü :

Saytın rəngi :

"Oğlanlar müzakirəyə qoşulur" layihəsinin növbəti təlimi keçirildi.

17 fevral 2023 | 09:39
17.02.2023-cü il tarixdə Sabunçu Gənclər Evində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sabunçu Rayon İcra Hakimiyyəti, Uşaq Səfirlər Məclisi və Azərbaycan "SAVAT" Federasiyasının birgə təşkilatçılığı ilə "Oğlanlar müzakirəyə qoşulur" layihəsinin növbəti təlimi keçirildi.
Azərbaycan "SAVAT" Federasiyasının Prezidenti, Azərbaycanın idman ustası, dünya və Avropa çempionu, Respublikanın əməkdar məşqçisi Rafiq Əliyev, Azərbaycanda ilk dəfə keçirilən Savat Pro combat üzrə kəmər yarışının qalibi, Federasiyanın idmançısı Təbriz Mirzəliyev, Azərbaycan "SAVAT" Federasiyasının milli komandasının baş məşqçisi, dünya və Avropa çempionu - Taleh Nağızadə və Azərbaycan "SAVAT" Federasiyanın baş katibi - Həsən Əliyev tərəfindən keçirilən TEDx formatlı təlimin məqsədi uğura gedən yolun sirləri və idmanın əhəmiyyətini oğlan uşaqlarına aşılamaqdır.
 
Təlim uşaqları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşdı.
 
Keçidlər